Vur Çal Oyna Şiiri - Hakan Gezik

Hakan Gezik
168

ŞİİR


4

TAKİPÇİ

Vur Çal Oyna


​Bu gün nə qəm nə kədər.
Dünya yansın, yer titrəsin,
Arxanızca yerisin dənizlər!

​Meydana gəl, meydana!
Meydan igid görsün.
Haydı, ağır abilər!
Haydı!
Ətəkləri zil çalan pərilər,
Haydı!
Yallı sizi gözlər.
Yerində oynayanı sevməz gözəllər!

​Haydı!
Haydı!
Haydı!
Qoç igid abilər,
Haydı yaman bacılar,
Aslan ürəkli dayılar,
Gün üzü görməmiş təzələr,
Haydı!

​Taxıb bəzəmisiniz,
Sürüb sürtmüsünüz,
Qaçın meydana!
Açın qollarınızı,
Əyin boynunuzu,
Əzilsin körpə çəmənlər!
Haydı!

​Vur, çal, oyna!
Bu gün nə qəm nə kədər.
Dünya yansın, yer titrəsin,
Arxanızca yerisin dənizlər!
Açın qollarınızı,
Əyin boynunuzu,
Əzilsin körpə çəmənlər!
Haydı!

​Haydı igid yaranlar!
Haydı zalım qaçılar!
Haydı!
Yerində dura bilməyən,
Bıçaq kimi kəsənlər,
Haydı...

​Qaçıb gəlin meydana!
Gözlər qamaşıversin bu meyanda!
Haydı!

Vur, çal, oyna!
Bu gün nə qəm nə kədər.
Dünya yansın, yer titrəsin,
Arxanızca gəlsin gözəllər!
Haydı!
Haydı!
Haydı!

Hakan Gezik
Kayıt Tarihi : 1.1.2026 15:18:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!