Veten Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Veten

VƏTƏN

Salam, ay əziz dostum,
Salam yeni tanışım.
Gəl oturaq üz-üzə,
Vətənimdən danışım.

Hardan başlanır Vətən?
Belə bir mahnı da var.
Başlanır doğma kənddən,
Vətən-sevimli diyar.

Bu gözəl Vətənimin,
Göy suları şüşədir.
Bir tərəfi qayalar,
Bir tərəfi meşədir.

Vətənin hər guşəsi,
Bizə candan əzizdir.
Vətən məhəbbətimiz,
Çox ülvidir,təmizdir.

Gərək göz bəbəyi tək,
Qoruyaq bu torpağı.
Namərd əli qırmasın,
Bircə yaşıl yarpağı.

Oğullar canı ilə,
Qoruyubdur Vətəni.
Vətən heç vaxt unutmaz
Harayına yetəni.

Cənab Ali Komandan,
“Hücum”əmrini verdi
Namərd və xain düşmən,
Gücümüzü də gördü.

Gözəl Qarabağımız,
Artıq geri alındı.
Sevindi el-obamız,
Zəfər marşı çalındı.

Vətənin başı üstdə,
Al bayraq dalğalansın.
Qoy sülh olsun həmişə,
Dünya nura boyansın.
Sevinc Arzulu.

Sevinc Arzulu
Kayıt Tarihi : 21.11.2023 15:22:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.
  • Hüsamettin Sungur
    Hüsamettin Sungur

    Dilinize sağlık

    Cevap Yaz

TÜM YORUMLAR (1)