Mənim üçün ağlayıb da,
Göz yaşları tökməyin.
Dəniz kimi çağlayıb da,
Dizi üstə çökməyin.
Arxayınca gedirəm mən,
Bizim fani dünyadan.
Dediyini edirəm mən,
Bax, çağırır Yaradan.
Ölüm adlı bir mələyi,
Gəlib mənicə tapdı.
Əlimdə qızıl lələyim,
Sinəm üstəcə çapdı.
Nə dilədim bu dünyadan,
Qismətimə çıxdı da.
Köməyim oldu Yaradan,
Əllərimi sıxdı da.
Evim olsun soyuq məzar,
Üstündə daş lövhəsi.
Dörd tərəfi gülli-gülzar,
Bir də çinar kölgəsi...
Sevinc Arzulu
Kayıt Tarihi : 14.07.2026 05:52:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!