Uzunluğun ölçə bilməm,
Hündürlüyün seçə bilməm,
Daxilindən keçə bilməm,
Qara divar hörmə mənə.
Tanrım, dərd-qəm vermə mənə.
Azalt od-köz yağışını,
Qurutma söz yağışını.
Axıtdığım göz yaşını,
Daha rəva görmə mənə.
Tanrım, dərd-qəm vermə mənə.
Gəldin hardan-hara bayquş,
Döndün lala-kara bayquş.
Gözü qanlı qara bayquş,
Qanadını gərmə mənə.
Tanrım, dərd-qəm vermə mənə.
Könül evi qum, gil olar,
Qəlb sakini nisgil olar.
Gözlərimə bir mil olar,
Çəkmə qara sürmə mənə.
Tanrım, dərd-qəm vermə mənə.
Tale yaman, qədər iti,
Çay axmayır hədər iti.
Bağlı qalmış kədər iti,
Uzaqdan bəd hürmə mənə.
Tanrım, dərd-qəm vermə mənə.
Kayıt Tarihi : 29.6.2018 10:18:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/29/verme-mene.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!