Verdi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Verdi


Ağacdan yarpaq istədim,
Ürəyimə simsar verdi.
Tanrıdan torpaq istədim,
Qurumayan qumsal verdi.

Gözdə qoysa da diləyi,
Qarğımayaq gəl fələyi.
Nədən mənə eşq mələyi,
Əlçatmayan vüsal verdi.

Acılasam dil inciyər,
Qoxlamasam gül inciyər.
Ilahi mən biliciyə,
Həlledilməz misal verdi..

Sevinc Arzulu
Kayıt Tarihi : 19.6.2018 08:03:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu