Shamil Sadiq - Hakkında Yazdığı Tanıtım Yazısı


Shamil Sadiq Tərcümeyi - hal

Şəmil Kamil oğlu Sadıqov 1978-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Babək Rayonunun Nehrəm kəndində doğulmuşdur. Həmin kəndin C. Məmmədquluzadə adına 1№ li orta məktəbində oxumuşdur. BDU-nun filologiya fakültəsinə qəbul olmuş, bakalavr və magistr pillələrini fərqlənmə diplomu ilə bitirmişdir. Üniversitetdə oxuduğu müddətdə fakültə THİK-nin sədri olmuş, ictimai və elmi fəaliyətinə görə dəfələrlə təşəkkürnamə ilə təltif edilmişdir.
2003-2006-cı illərdə AMEA-nın Nizami adına Ədəbiyyat Institutunun əyani aspirantı olmuş, 2007-ci il may ayında “ Hüseyn Cavid yaradıcılığında qəhramanlıq konsepsiyası “ mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Əmək fəaliyyətinə 2001-ci ildən Yasamal rayonundakı 20№ li məktəb liseydə müəllim kimi başlamış, hal-hazırda Bakı Pedaqoji Ixtisasartırma və Yenidənhazırlama İnstitutunda dosent vəzifəsində çalışır. 2008-ci ildə şəxsi təşəbbüsü və səyi nəticəsində “ Hədəf Kursları” MMC-i təsis etmiş və hazərda həmin kursda direktor vəzifəsində çalışır.
2005-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak etmiş, “ Ədəbiyyatın İnternetlə Tədrisi ” mövzusunda açıq dərs verərək ilin ən yaxşı müəllimi adına layiq görülmüşdür.
2006-2007-ci illərdə AR Təhsil Nazirliyinin Qiymətləndirmə şöbəsinin Azərbaycan dili üzrə Kurikulum layihəsində milli məsləhətçi kimi fəaliyyət göstərmişdir.
Bir müddət “Vətən Övladı” qəztinin redaktoru olmuş Sadıqov Şəmil Kamil oğlu 10 elmi və metodik kitabın: “ Hüseyn Cavid yaradıcılığında sənətkarlıq məsələləri ” adlı kiçik monoqrafiyanın, “10-11-ci sinif şagirdləri üçün ədəbiyyat” metodik vəsaitin, “10-11-ci sinif şagirdləri üçün Ədəbiyyat test bankı” nın, “5-11-ci sinif şagirdləri üçün Azərbaycan dili test bankı” nın, “5-11 siniflər şagirdləri üçün Azərbaycan dili” dərs vəsaitinin, “ Azərbaycan dilinin vurğu lüğəti”nin, “Azərbaycan dilini öyrənək” xarici vətəndaşlar üçün vəsaitinin, “3-cü sinif Azərbaycan dili İş dəftəri”nin, “Ədəbiyyat yaddaş kitabı”nın, “Rus bölməsinin 5-11 sinifləri üçün Azərbaycan dili” metodik vəsaitinin, “Hüseyn Cavid Yaradıcılığında qəhrəman konsepsiyasi” adlı monoqrafiyanin, 20-dən çox elmi məqalənin və 2 bədii kitabın müəllifidir.
Ailəlidir üç övladı var.