Sənə inanıram demək, Bu dünyada hər insanı həyata bağlamaqdır. İnanmaq və inandırmaq Hər ikisi məsumluğu, Üzərində titrəyərək insanlıqda saxlamaqdır. Duyğuların bayraqdarı inam olsa gərək. İnanıb yol alırıq, İnanıb mümkünlüyünə Xəyallardan ibarət dünyaya boylanırıq. Təsadüfmü? Ola bilməz! İnanaraq sevirik, Hətta ayrılıqlara liman olanda könlümüz, Biz "inanıb çox sevmişdik"deyirik. Sənə inanıram! - demək, Kimi üçün adi bir söz, Kimi üçün zirvələri fəth etmənin yönüdür bu. Sənə inanıram demək, Başlanğıcda və sonlarda Özünü tapa bilməyin ilk addımı, Önüdür bu. Nə gözəldir deyilmi, Həyata təmənnasız, İnsanlara inanaraq sarılmaq.
Sənə inanıram...
Sənə inanıram demək,
Bu dünyada hər insanı həyata bağlamaqdır.
İnanmaq və inandırmaq
Hər ikisi məsumluğu,
Üzərində titrəyərək insanlıqda saxlamaqdır.
Duyğuların bayraqdarı inam olsa gərək.
İnanıb yol alırıq,
İnanıb mümkünlüyünə
Xəyallardan ibarət dünyaya boylanırıq.
Təsadüfmü?
Ola bilməz!
İnanaraq sevirik,
Hətta ayrılıqlara liman olanda könlümüz,
Biz "inanıb çox sevmişdik"deyirik.
Sənə inanıram! - demək,
Kimi üçün adi bir söz,
Kimi üçün zirvələri fəth etmənin yönüdür bu.
Sənə inanıram demək,
Başlanğıcda və sonlarda
Özünü tapa bilməyin ilk addımı,
Önüdür bu.
Nə gözəldir deyilmi,
Həyata təmənnasız,
İnsanlara inanaraq sarılmaq.
Afet Isax