Ey, sən qəlbimin bütün qalalarını yıxıb
Məni pərişan edən xəncəri qan rəngi qız
Qəhrindən qaçdı ruhum can qəfəsimdən çıxıb
Yox, ürək döyüntümün qalmadı ahəngi qız
Sor Xuda xatirinə necədir vəziyyətim
Səhrayi-eşqe düşdüm divanə Məcnun kimi
Bir kəskin baxışınla çökdü tüm dirayətim
Gözlərin yıxdı məni qızğın bir qurşun kimi
Mənim azad ruhumun bu cahanlar içində
Diz çöküb baş əydiyi tək bir sultanı sənsin
Əşqinle bizar qalmış könlüm qanlar içində
Özgə çarəsi yoxdur ancaq dərmanı sənsin
Ay qız bax aylar ötür, sənələr bir bir kəçir
Necə cəhd göstərsəm də vaxti tuta bilmirəm
Min bəlalı başımdan bax nələr gəlir kəçir
Bilmirəm nəçün səni həç unuda bilmirəm…
Kayıt Tarihi : 19.2.2020 23:56:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Mesut İlkay Yanık](https://www.antoloji.com/i/siir/2020/02/19/unuda-bilmirem-2.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!