Ulduzlu asiman Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ulduzlu asiman

Səninçün baxçadan gözəl gül üzüm,
Sarışın telinə bəyaz gül düzüm.
Mən sənin günəşli qızıl gündüzün,
Sən mənim ulduzlu asimanımsan.

Mənəm ürək dostun, mənəm həmdəmin,
Birlikdə olanda sənin nə qəmin.
Mən sənin yelkənlə üzən ağ gəmin,
Sən mənim Xəzərdə şah limanımsan.

Bəlkə də ayrıldıq günlərin biri,
Istərəm xatirəm qalsın dipdiri.
Mən sənin yeganən, mən sənin pirin.
Sən mənim bir danəm, din-imanımsan.

Sevinc Arzulu
Kayıt Tarihi : 25.2.2021 05:13:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu