Tumar oldu Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Tumar oldu

Çopurları xal qayalar,
Tarix təkin lal qayalar.
Həsrət adlı sal qayalar,
Aramızda divar oldu.

Səssizliyim, ünsüzlüyüm
Təmizliyim, kinsizliyim.
Mənim sənli sənsizliyim,
Ürəyimdə qubar oldu.

Açılar al güllərim də,
Qanadlanar tüllərim də.
Hərarətin tellərimdə,
Sığal oldu, tumar oldu.

Sevinc Arzulu
Kayıt Tarihi : 28.6.2018 06:47:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu