Tülnen oynama Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Tülnen oynama

Birgə baxaq həqiqətin gözünə,
Salam verək səadətin özünə.
Gəl su tökmə məhəbbətin közünə,
Odunu söndürüb külnən oynama.

Çəməndə bitibdir bağriqan lalə,
Nakam eşq salıbdır onu nə halə.
Qıyma ki,sevənlər çəksinlər nalə,
Bülbülü öldürüb gülnən oynama.

Neçə sevən aşiq kama yetibdir,
Neçə Leyli-Məcnun gözdən itibdir.
Olan olub keçib,ötən ötübdür,
Sapları süzülmüş tülnən oynama.

Sevinc Arzulu
Kayıt Tarihi : 16.6.2018 10:50:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu