Günəşdən alıb rəngini,
Sapsarı sarı rəngini.
Ay veribdir ahəngini,
Öldürür yarı tellərin.
Tellərinin səfi nədir,
Ilnların ə`fi nədir.
Özü böyük dəfinədir,
Neynəyir varı tellərin.
Düşmüşəm sanki tilsimə,
Əzizim,səs ver səsimə.
Bir gün dönsə sarı simə,
Bəzəyər tarı tellərin.
Dönək ötən qəmli çağa,
Göydən yerə bol qar yağa.
Qışda sənlə çıxsam dağa,
Əridər qarı tellərin..
Saçları sünbül,yanağın
Sanki zərif gül yanağın.
Işıq saçır gül yanağın,
Andırar narı,tellərin
Öldürər xarı tellərin.
Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:45:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/11/tellerin.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!