Telebe adını qazanan gencler

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Telebe adını qazanan gencler

Hərəniz bir işıq,bir ziyasınız,
Xeyirə yozulan saf röyasınız.
Ləkəsiz, riyasız pak dünyasınız,
Tələbə adını qazanan gənclər.

“Əlvida” –dediniz doğma məktəbə,
Bilik yarışında çaldız qələbə.
Müsəlləh əsgərdir hər bir tələbə,
Tələbə adını qazanan gənclər.

Əsirgəməz valideyn köməyi,
Çox olubdur müəllimin əməyi.
Bacardınız siz də “Sağ ol”-deməyi,
Tələbə adını qazanan gənclər.

Baharda lalələr çıxırlar düzə,
Yamyaşıl otları sıxırlar izə.
Nurlu yol göstərir cığırlar sizə,
Tələbə adını qazanan gənclər.

Görməyin nə ağrı, nə acı, nə dərd,
Sizləri üzməsin xain və namərd.
Əziyyət çəkdiniz.Getmədi hədər,
Tələbə adını qazanan gənclər.

Zəhmət ilə murada yetirik biz,
Imanla, inamla yol gedirik biz.
Sizinlə hər zaman fəxr edirik biz,
Tələbə adını qazanan gənclər.

Pozmasın İlahi bu xoş növrağı,
Mütləq azad olar Vətən torpağı.
Ucaya qaldırın siz, ala bayrağı
Tələbə adını qazanan gənclər.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.9.2020 09:36:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu