Susuban danış Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Susuban danış

Ayrılıq gedəndə qapımı çırpdı,
Bildi ki vüsalın açmayacaqdır.
Məhəbbət gözünü qorxudan qırpdı,
Sanki ilk həmlədən qaçmayacaqdır.

Qoyub ürəyini soyuq şüşəyə.
Sən hara gedirsən, sən hara, qadın.
Dönmədi eşq evin canlı guşəyə,
Dalğalar pozacaq yazılan adı.

Susardın sükutun səs-küyü qədər,
Danışmaq gümüşdür, susmaq qızıldır,
Susardın sözlərin getməsin hədər.
Susuban danışmaq ömrə yazıldı.
31.03.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 3.4.2019 16:54:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu