Mən gəzəndə dost bağını,
Tökürsən qaş-qabağını.
Seyr eylə bahar çağını,
Sarı sünbül süsən kimi.
Dostusan azman divin də,
Bir danışıb bir sevin də.
Qayaların daş evində,
Qaynayar hey su sən kimi.
Şaxta düşər,soyuq olar,
Yasəmənin gözü dolar.
Üz çevirib getmə, nolar,
Gül bülbüldən küsən kimi.
14.11.2018
Kayıt Tarihi : 16.11.2018 16:25:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!