Ayrılığa döz gəlin,
Demə bircə söz gəlin.
Yarın qoyub özgənin,
Yollarını pusan qız.
Unutma heç dününü,
Avazını, ününü.
Övkəsini,kinini,
Bircə anda qusan qız.
Sən hamıdan əzəlsən,
Həm şeir, həm qəzəlsən.
Gözəllərdən gözəlsən,
Bəzənməkdən usan qız.
Uzaqlaşma, bir dayan,
Məqsədim sənə əyan.
Həyat böyük okean,
Bircə damla susan, qız.
Dünyanın xoş günündə,
Qəm duyular ünündə.
Həqiqətin önündə,
Danışmayıb susan qız.
Kayıt Tarihi : 1.09.2026 06:00:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!