Sükut içinde Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sükut içinde

Qaçammadın nəzərdən,
Ayrılmadın Xəzərdən.
Güzarımı məzardan,
Saldım sükut içində.

Könül odlara yansa
Kül olduğunu dansa...,
Fələkdən bircə ansa,
Çaldım sükut içində.

Ocağa köz tapmadım,
Baxmağa göz tapmadım.
Deməyə söz tapmadım,
Qaldım sükut içində.

Mən hara, həsrət hara
Çəkir boğazdan dara,
Dünya geyinib qara,
Aldım sükut içində.

Xəyal kəhərə dönmüş
Kədər qəhərə dönmüş
Şirin zəhərə dönmüş
Baldım sükut içində.

Hicran qəddimi əymiş,
Qürur quruca bəymiş.
Deyəsən hamı dəymiş,
Kaldım sükut içində.

Kim qaraldtdı zehimi,
Kim qurutdu şehimi.
Fələkdən ilk behimi
Aldım sükut içində.

Mağar deyil qurula,
Axar deyil durula.
Mizrab ilə vurulan
Xaldım, sükut içində.

Rənglərin tonu kimi,
Fırça çək sonu kimi.
Eh, mən də onun kimi
Laldım sükut içində.

Sevinc Arzulu
Kayıt Tarihi : 1.6.2021 05:59:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu