Su sepmişim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Su sepmişim

Üstümüzə ulayan yox,
Başın asta bulayan yox.
Məndən başqa sulayan yox,
Sevda yolunda təkmişəm.
Küçələrə su səpmişəm.

Oturub uca taxtında,
Yarəb,onu yaz baxtımda.
Ömrün-günün bu vaxtında,
Vüsala körpü çəkmişəm.
Küçələrə su səpmişəm.

Günəştək nur saçsın deyə,
Qəmdən uzaq qaçsın deyə,
Onu görcək açsın deyə,
Kənarına gül əkmişəm.
Küçələrə su səpmişəm.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 10:15:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu