Əsrârın daxilində salmışam məskənimi,
Yenə hər zamankitək bixəbər âləm məndən.
Limanlar məni gözlər, açmışam yelkənimi,
Gedirəm vəhşətimlə, küsübdü sâyəm məndən.
Müjgânın təmas etsin, bu sükunətdən həzz al,
Ən ə'la avâz heçdir, səs verməz xoşbəxtliyi.
Mən nə ölüm mələyi, nə də ol məl'un Dəccal,
Tək susqun bir dühânın sədâdu gizlətdiyi.
Çıxıbdır hâfizəmdən fəryâdın təzâhürü,
Bu həzin dalğalarda duymuram daha nâlə.
Yox ətrafda izdiham, mən təklik məzâhiri,
Səssizlik doğmalaşıb, çığırsan da nə kârə?
Şəfəqi sonlandırdım, zülmətə həmdəm oldum,
Hərdəm dərk eylədim ki, işıq öyrətmir heç nə.
Qaranlıq qətrəsilə getdikcə mən dəm oldum,
Özümü xəlq eylərdim, İlah günahdan keçsə.
Ən mə'nidar qeydləri oxuyun gözlərimdən,
Yurdumda buraxdığım mirâsım hər kəsindir.
Həyatın fəlsəfəsin toxudum sözlərimlə,
Yaşamaq kifayətdir - onu duymaq bəsindir.
Kayıt Tarihi : 26.10.2020 01:50:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
On altı.
![Ali Garazade](https://www.antoloji.com/i/siir/2020/10/26/srar.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!