Sonum indi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3719

ŞİİR


28

TAKİPÇİ

Sonum indi

Ayrı düşdük düz ilqardan,
Danışmayaq etibardan.
Heykəlini soyuq qardan,
De, mən necə yonum indi.

Od aldım həsrətli közdən,
Qəlb inciyər acı sözdən.
Süzülübən qara gözdən,
Yanağında donum indi.

Saf sevgidən bezəmməzsən,
Ayrılığa dözəmməzsən,
Ilk baxışdan sezəmməzsən,
Qapqaradır fonum indi.

Ilk məhəbbət sakit, laldı,
Hisran yolun bizdən saldı.
Bir zamanlar rəngi aldı,
Saralıbdır tonum indi.

Qamətimi əydi həsrət,
Ürəyimə dəydi həsrət.
Qapımızı döydü həsrət,
Budur mənim sonum indi.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:27:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu