Sonbahar kalıntısı
Payız.. yağış və sənsizlik qoxan bir Bakı gecəsi
Sözlərim süzülür yenə qəlbimdən vərəqlərə
Ayaqlarım həsrət yollarında addımlayır
Çox yox qollarım da bir qucaq boyda darıxır
Ürəyimdə son sözlərinin ağırlığı
Olmamağın, yoxluğun
Bakı boyda sənsizliyin ağrısı
Cavabsız suallarımın sayı
Unutdurur mənə əzizim, unutdurur bu yolların çoxluğu
Sənə gələn yol hansı tərəf idi
Bu gecələr də ağrıdır əzizim, ağrıdır sənsiz qalmaq hansı ağrıdan betər idi
Gəl, gəl bax mənə məni belə görməmisəm heç
Çıxarmışam maskalarımı, gülüşlərimi, bədənimi
Bax ruhumla sənə gəlmişəm
Bax ruhumacan mən elə sənəm
Yağışın damlaları da soyutmur iki gözüm gözlərimdən süzülən yaşların istisini
Qəlbimdə açdığın ağrının hənirtisini
Üzülürəm, indi yiyəsiz küçə heyvanlarına da
Evsiz qalan bomjlara da
Həsrət qoxan yollara da
Sənsiz qalan qollara da
Getmə, ölürəm son sözlərimdi
Qal..
Qal..
Və qal..
Hüseyn Mahmudov
Kayıt Tarihi : 19.11.2022 12:09:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
beğeni ile okudum
TÜM YORUMLAR (1)