Şirvan neqeratlar Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Şirvan neqeratlar


Qələbə əzmiylə oyuna çıxıb,
Məğlub edəcəyik rəqibimizi.
Meydanda qolların ovuna çıxıb,
Bir an saxlamayaq təqibimizi.

Qapıçı,yerində rahat dayan, dur
Buraxma qapıdan bircə qolu da.
Hücumçu,topunu sən də sərrast vur,
Yağsa meydançaya yağış, dolu da.

Bezdirməz istilər,üşütməz ayaz,
Uduzmaq ağıla gəlməz heç vədə.
Göylərə yüksələn bayrağın bəyaz,
Daim dalğalansın uca zirvədə.

NƏQƏRATLAR

Günəş göydən baxanda,
Nuru sel tək axanda.
Meydançaya çıxanda
Kəsilməz ki səs-səmir.
Doğma Şirvan Kürdəmir.

Sənə sevgimizi vermək istərik,
Güllərdən al çələng hörmək istərik.
Qalib ol bu futbol yarışlarında,
Biz səni çempion görmək istərik.

Irəli, irəli, Şirvan, irəli,
Görəlim hücumda səni görəlim.

Gözləyib sağ-solunu,
Vur qələbə qolunu.
Alın tərinlə qazan,
Azarkeş sağolunu.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.8.2021 09:21:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu