Sildim Şiiri - Dr İlhame Müslümova

Dr İlhame Müslümova
60

ŞİİR


3

TAKİPÇİ

Sildim


Unutdum yollarını,
İzimdən sildim səni,
Sənin üçün bükülən
dizimdən sildim səni…

Düşdüm işin kökünə,
Dözəmmədim yükünə((
Baxdım güzgüdəkinə,
Üzümdən sildim səni …

İntizarla barışdım,
Tənhalığa qarışdım,
Ürəyimlə yarışdım,
Özümdən sildim səni…

Ağır oldum daşımla,
Savaşdım yaddaşımla,
Ağladım…göz yaşımla
Gözümdən sildim səni …

Açıq etdim sirləri,
Qurutdum nəhirləri…
Yandırdım şeirləri…
Sözümdən sildim səni…

Dr İlhame Müslümova
Kayıt Tarihi : 5.1.2025 16:53:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!