Məkrli gözünün nur giləsinin.
Qədrini çətin ki biləsiyəm mən.
Eh, şeytan deyir ki vur beləsini,
Adını dəftərdən siləsiyəm mən.
Ilahi, sən qoru yaxşılarımı,
Pisləri deyəsən çoxdan vurubsan.
O şeytan gülüşlü baxışlarının
Yiyəsi.Deyəsən çox qudurubsan.
Sallana-sallana gəzməyin nədir,
Hərədən bir misra oğramağın nə?
Qafiyə yazığı əzməyin nədir,
Sözü kəllə qənd tək doğramağın nə?
Hələ ki üzünə gülür dostların,
Arxanca nə qədər söz derlər.Bilsən.
Şəninə deyilməz sağlıq tostları,
Çox gözəl duyurlar sən nə zibilsən.
Allah həyatının sonun puç etsin,
Ömrünü yarıda saxlasın sənin.
Fələk öz əliylə səni linç etsin,
Bir dəli ruzigar haxlasın səni.
Qoşulub küləyə hey fırlanasan,
Sonunda deyəsən Tanrım,bağışla.
Dönəsən ilkinə.sıfırlanasan,
Üstündən xətt çəkəm qara naxışla...
Əyninə al-əlvan libaslar geyib,
Ovçu ovun vurar öz bərəsində.
Həyasız olmaq heç deyilmiş eyib,
Gözləri titrəyər öz nərəsindən.
Səsini əbədi batır,İlahi
Bəlkə dərk eyləyə günahlarını.
Gözündə ilanlar yatır, İlahi
Açılmış eyləmə sabahlarını.
Kayıt Tarihi : 25.7.2019 12:01:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/07/25/seytan-uzlu.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!