PROLETARLIQ AQİBƏTİM
Bu dünyada mən bir fərdəm,
Proletarlıq aqibətim.
Əməyimə güvənirəm,
Var hünərim, cəsarətim.
OYNADIRLAR
Ay mıənim hörmətli, əziz qardaşım,
Deyirsən ki, bizi saz oynadırlar.
Oynamaq həvəsi canımızdadır,
Ancaq insafsızlar az oynadırlar.
İNSAN OLMAQ İSTƏYİRƏM
Hər zülmətə boyun əyən
Bəndə olmaq istəmirəm.
Min illərdir əsarətdə,
Daha qalmaq istəmirəm.
HƏYAT MAHİYYƏTCƏ HEÇ DƏYİŞMƏDİ
Min oyun açdılar, min bir fənd ilə,
Insanın başına Tanrı dinləri.
Yaşatdılar güman ilə, zənd ilə,
Adəmdən başladı qara günləri.
DÜNYANIN VƏHDƏTİ
Yenə də cahillik baş alıb gedir,
Həyata baxışlar dəyişir indi.
Nadanlar meydanda alimlik edir,
Şər durub xeyirlə döyüşür indi.
EY AVROPA, AVROPA
Itimizi yalladıq,
Atımızı nalladıq.
Qalxıb sizə dərs verib,
Ultimatum yolladıq.
GƏL ÖZÜNƏ DÖNGİNƏN
Öz-özündən uzaqlaşıb yad oldun,
Vaxt yetişib, gəl özünə dönginən.
Göydən gələn nağıllara aldandın,
Içindəki xurafatı yenginən.
GÖYDƏN ENƏN QOÇ
Bir nağılı quraşdırıb,
Göydən qoçu endərdilər.
İsmayılın əvəzinə
İbrahimə göndərdilər.
ŞAİRİ İNCİTMƏYİN
Günahsız şairi çox incitməyin,
İncisə zamanın özü qarışar.
Həqiqət diz çökər, yalan yeriyər,
Dünyanın əyrisi, düzü qarışar.
RUHUMUZUN ƏSİRİYİK
Yavaş-yavaş işğal edir,
Ərəb bizim ruhumuzu.
Öz qınında pasladırıq,
Idrak adlı oxumuzu.




Bu şaire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!