Qəbir olub qazılaram,
Başdaşına yazılaram.
Ömür payı az olaram,
Əgər məni sevməsən sən.
Allı-güllü may olmaram,
Günəş,ulduz,ay olmaram.
Xoşbəxtlərə tay olmaram,
Əgər məni sevməsən sən.
Ürəyimdən oyularam,
Daş məzara qoyularam.
Nəsimi tək soyularam,
Əgər məni sevməsən sən.
Açmaz olar qönçə gülüm,
Duman olar zərif tülüm.
Oxumaz şeyda bülbülüm,
Əgər məni sevməsən sən.
Eşq yolunda azmaz Sevinc,
Yuxuların yozmaz Sevinc.
Daha şeir yazmaz Sevinc,
Əgər məni sevməsən sən.
Kayıt Tarihi : 11.6.2018 10:44:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/11/sevmesen-sen.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!