Yalnız görünüşə vurulursansa,
Bu hava atmaqdı, bu sevgi deyil…
Yanında çox olsan yorulursansa,
Bu başı qatmaqdı, bu sevgi deyil)
Həmişə ikinci barışırsansa,
Onu susdurmağa çalışırsansa,
Ancaq öz dərdini danışırsansa ,
Bu dərdi satmaqdır… bu sevgi deyil…
Gecə örtmürsənsə üstünü özün,
Səhər gülmürsənsə görəndə üzün,
Yastıq olammırsa başına dizin,
Birlikdə yatmaqdır bu, sevgi deyil….
Ruhun onu doğma, əziz sanmasa,
Hər ötən dəqiqə onu anmasa,
Ayağı büdrəsə canın yanmasa,
Bu qəlb aldatmaqdı, bu sevgi deyil…
Fikrin başqa yerdə hey dolaşırsa,
Xəyal neçə dağı keçib aşırsa,
Hərdənbir könlünə, yada düşürsə,
Həvəsə çatmaqdır…bu sevgi deyil…
Çox gördüm çətində azan sevgini,
Başqa könüllərə sızan sevgini,
Keçmişdə şairlər yazan sevgini,
Vallah, alçatmaqdır, bu sevgi deyil…
Kayıt Tarihi : 9.1.2025 18:26:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!