Minor ladı var ünündə,
Bəm oxunar düyünündə
Durar ayrılıq önündə,
Duyğularım naçar- naçar.
Deyirlər ki alma vecə,
Hicranı unudum necə.
Fikirliyəm gündüz-gecə,
Uyğularım qaçar-qaçar.
Gətirəməz heç əli də,
Qiymətlənməz əməli də.
Düşə bilməz hər kilidə.
Qayğılarım açar-açar.
Sənsən mənim sevda payım,
Soyuq qışım, isti yayım.
Zülmətə qərq olsa Ayım,
Günəşim nur saçar-saçar.
Kayıt Tarihi : 5.12.2021 18:12:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!