Sevdanın aşikarıyam Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3774

ŞİİR


28

TAKİPÇİ

Sevdanın aşikarıyam

Yaman uzaqdasan ümid-gümanım,
Qayıt gəl, yox olsun çənim-dumanım.
Sən mənim ömrümün gizli romanı,
Mən sənin sevdanın aşikarıyam.

Açılmaz olsun qoy xarın sabahı,
Görən necə qıyır naləni-ahı.
Sən mənim gözümdə meşələr şahı,
Mən sənin gözündə ov şikarıyam.

Çıxardıb əynimdən qara libası,
Daha ayrılığımn tutmuram yasın.
Sən öz sənətinin mahir ustası,
Mən söz sənətinin peşəkarıyam.

Sevinc Arzulu
Kayıt Tarihi : 22.12.2025 15:43:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!