Dörd bir yanım bəyaz tüldür,
Ondan ötə qara küldür.
Çox sevdiyim qızılgüldür,
Gündəlik vurduğum ətir.
Bu qədər çətindir yəni,
Uzaq eylə duman-çəni.
Dostum, xatırladır səni,
Qaraladığım hər sətir.
Günəş sübh tezdən oyanmır,
Dünya rəngarəng boyanmır.
Qar-yağışdan qoruyammır,
Başım üstündəki çətir.
Yar başımın tacı olar,
Dərdimin əlacı olar.
Özü kimi acı olar,
Hicranın yapdığı fətir.
Qapımızı döyməsin xar,
Gözləri kor, qulağı kar.
Tanrım, bircə istəyim var,
Sevdalımı mənə gətir.
Kayıt Tarihi : 14.07.2026 06:09:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!