Min şirin xəyala dalıb aparar,
Kövrələn qəlbimi çalıb aparar.
Alaca gözlərin alıb aparar,
Gəncliyə boylanan könül aynası,
Sən nənə Sevdanın nəvə Sevdası.
Qarşını kəsməsin nə çən, nə duman,
Sən ol sevdiyindən məhəbbət uman.
Xoş gəldin dünyama, sevincim ümman,
Dalğalar əl çalsın, sular oynasın.
Sən nənə Sevdanın nəvə Sevdası.
Səni qucaqlayıb doyunca sevəm,
Indi mən yenidən qurulmuş evəm.
Sənin gəlişinə, ay gözəl nəvəm,
Qurumuş bulaqlar coşub qaynasın,
Sən nənə Sevdanın nəvə Sevdası.
Necə də boş imiş yerin, eh, sənin.
Düşər yanağına parlaq şeh sənin.
Telini sığallar zərif meh sənin,
Tezdən oyatmağa külək qıymasın.
Sən nənə Sevdanın nəvə Sevdası.
Ay quzum, qoyuldu sənə gözəl ad,
Dünyanın ən gözəl ləzzətini dad.
Olasan həmişə beləcə şən-şad,
İlahi heç səni tənha qoymasın.
Sən nənə Sevdanın nəvə Sevdası.
Kayıt Tarihi : 7.1.2023 10:52:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!