Sevda gülüm Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sevda gülüm

Kimsə gəlməz harayıma,
Saçı uzun darayıma.
Qırx qıfıllı sarayıma,
Sevda ünüm, açarsanmı.

Dəli könül, bir azca dur,
Səslənir bax, “Bayatı-Şur”
Yer üzünə bəmbəyaz nur,
Sevda günüm, saçarsanmı.

Dərdi-qəmi ovutmağı,
Xatirəni uyutmağı.
Olanları unutmağı,
Sevda dünüm, bacarsanmı.

Al güllərin qəh-qəhindən
Bal dillərin bəh-bəhindən.
Bülbüllərin cəh-cəhindən,
Sevda gülüm, açarsanmı.

Dəniz kimi çağlamağa,
Bulud kimi ağlamağa.
Pislikləri bağlamağa,
Sevda tülüm, naçarsanmı.

Həyat nədir, yaşam nədir,
Fələk istədiyin edir.
Kim tutulsa sənə, gedir
Sevda ölüm, qaçarsanmı.

Ayrı düşməm Xəzərimdən,
Uzaq etməm nəzərimdən.
Dəniz-gölün üzərindən,
Sevda külüm,uçarsanmı.
Göy suları qucaqsanmı.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.9.2023 07:22:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.
  • Vezir Pehlevan
    Vezir Pehlevan


    Güzel bir aşk şiiri, içten duygulu ve coşkulu bir şiir okudum.
    Elleriniz dert görmesin, umutlarınız hiç solmasın...Selamlar.

    Cevap Yaz

TÜM YORUMLAR (1)