Oğulsan döz önündə,
Bir haqsız söz önündə.
Tapdığım göz önündə,
Itirdiyim bəs hanı.
Gedən, dön bax bəriyə,
Bəlkə həsrət əriyə.
Qayıtmadı geriyə,
O sevdiyim kəs hanı.
Deyən quyu quruyub,
Sərin suyu quruyub.
Hayı, huyu quruyub,
“Sevinc”- deyən səs hanı.
Kayıt Tarihi : 18.10.2019 15:58:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!