Sənsiz həyat bir ömürlük cəhənnəm,
Sənsən mənim gözəl cənnətim, Şuşa.
Sənsiz mənim ürəyimi alar qəm,
Qiyməti olmayan sərvətim,Şuşam.
Yay günündə havan, suyun sərindi,
Dərələrin əlçatmazdır, dərindir.
Bizsiz necə yaşayırsan sən indi,
Sənsiz yoxdur varım-dövlətim,Şuşam.
Sən olmusan ziyarətgah, pir mənə
Qoynunda ver əbədilik yer mənə,
Bayrağımız sancılar daş zirvənə,
Sənsən dəyanətim, qüdrətim,Şuşam.
29.04.2017
Sevinc Arzulu
Kayıt Tarihi : 25.4.2018 10:17:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!