Bir küçəmiz var idi: Şərq küçəsi,
Boylanaraq keçərdi o küçədən neçəsi.
Biri vardı küçənin başındaca durardı,
Dayanardı kölgə tək, sevdiyini arardı.
Minib səbr atını sona kimi çapdı da,
Bəzisi öz yarını o küçədə tapdı da.
Kaş ki o günlərdən uzaqlaşmazdım,
Əlli iki yaşımda uşaqlaşmazdım.
Gözümü örtməzdi xatirə tülü,
Yanmış körpülərin qaralıb külü.
Yadıma düşəndə ürəyim sızlar,
Indi hardasınız a qonşu qızlar.
Biz çiçək qızlar idik, güldən libas geyərdik,
Kimsə gəlib keçəndə “ səni sevir” deyərdik.
Axşamacan oynayar, deyərdik, gülüşərdik,
Qönçə hisslərimizi gizlicə bölüşərdik.
Ürəyimiz sevsə də, dilimiz yox söylərdi,
Ötüb keçən o günlər,eh, əzizim, böyləydi.
Indi hey axtarıram, arayıram onları,
Görəsən o qızların xoşbəxtdirmi sonları.
Bilirəm, mənim kimi nənə olanı da var,
Elə oğul-uşaqsız yaşa dolanı da var.
Hərənin öz qisməti, hərənin öz taleyi,
Bu-Tanrının yazısı, ola bilməz gileyim.
Qocalığa yol alan qatardan enəcəyəm,
Uşaqlığın gülzarı küçəyə dönəcəyəm.
Qoyub xatirələrin sonuna kök nida mən,
Sonra da bu dünyaya edəcəyəm vida mən.
Sevinc Arzulu
Kayıt Tarihi : 10.6.2018 15:47:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/10/serq-kucesi.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!