Senli günlerim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Senli günlerim

Sevəndə sevgini duyanın olsun,
Çətində həm arxan.həyanın olsun.
Səsini aləmə yayanın olsun,
Qaldı yalnız mənə bəmli günlərim.

Sevda yuxusundan oyan,sevgilim.
Günəş işığına boyan sevgilim.
Getməyə tələsmə,dayan sevgilim.
Başlanar yenə də qəmli günlərim.

Var qəlbimin sağalmaz bir yarası,
Təkcə sənsən hər dərdimin çarası.
Səninləyəm,ay gözümün qarası,
Sənsizdir gözləri nəmli günlərim.

Qocaldıq belə tez zaman içində,
Şübhələr,bəlkələr güman içində.
Azdım öz yolumu duman içində,
Çiskinli günlərim,çənli günlərim.

Həsrətin qəlbimi salıbdır oda,
Heyf ki ömrümü mən verdim bada.
Sevinc deyər yenə düşübdür yada,
Şirin xatirəli sənli günlərim.

Sevinc Arzulu
Kayıt Tarihi : 10.6.2018 16:47:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu