Seni unutmaq üçün Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Seni unutmaq üçün

Kövrək nəğmə yazmayam,
Sevdalı bülbüllərə.
Çəmənlikdə azmayam,
Toxunmayam güllərə.

Gözəllik nəyə gərək,
Sən olmasan əzizim.
Ahənglə vurmaz ürək,
Dalğalanmaz dənizim.

Səni sevmək min əzab,
Min kədər-qəm gətirdi.
Oxumadığım kitab,
Sehirli dəm gətirdi.

Indi özün de, necə
Çıxarım səni yaddan.
Təpər gəlməyir vecə,
Doymuşam acı daddan.

Hələ böyüməmişəm,
Hələ yumşaq kimiyəm.
Illər heç sərt etməyib,
Körpə uşaq kimiyəm.

Intihar şəkillənir,
Gözəl-göyçək qız kimi.
Gəlməyir səda, hənir
Durmuşam yalqız kimi.

Bilirsənmi necəyəm,
Sənsiz darıxırammı?
Bu qaranlıq gecədən,
Qorxub karıxırammı?

Sakit, səssiz gecədə
“Qu”-dan qulaq tutular.
Kim deyir vaxtsız sevda,
Tezcənə unudular.

Səni unutmaq üçün
Gərək özüm yox olam.
Hicranın acısına.
Kədərinə tox olam.
10.06.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 16.7.2018 07:10:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu