Zaman itilətdi məni,
Soruşma nə olub, zalım.
Bu mahnı titrətdi məni,
Bax, gözlərim dolub, zalım.
Buzlu sular ilinməz ki,
Qiyməti heç bilinməz ki...
Su tökməklə dirilməz ki,
Sevda gülü solub, zalım.
Ürəyini açıb getdin,
Gün tək işıq saçıb getdin.
Sənə nə var, uçub getdin,
Olan mənə olub, zalım.
Sevimliydi xatasıyla,
Təbəssümə batasıyla.
Axirətin atasıyla,
Əbədilik bölüb, zalım.
Dərd günündə, bəd saatda,
Varıb getdi bəyaz atda.
Daha yoxdur bu həyatda,
Səni sevən ölüb, zalım.
Kayıt Tarihi : 27.11.2019 07:33:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/11/27/seni-seven-15.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!