Seni görmek isteyirem Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Seni görmek isteyirem

Səni görmək istəyirəm.
Bəyaz geysin çölüm deyə,
Görüm,sonra ölüm deyə.

Səni görmək istəyirəm.
Ürəyimi açım deyə.
Qəmdən uzaq qaçım deyə.

Səni görmək istəyirəm.
Dağılsın dumanım,çənim.
Eşq olmasın mənə qənim.

Səni görmək istəyirəm.
Ağrımasın qoy ürəyim,
Qəm çəkməkdən doy ürəyim.

Səni görmək istəyirəm.
Vüsalına çatım deyə,
Dərd-möhnəti atım deyə.

Səni görmək istəyirəm.
Bircə dəfə gülsün üzüm.
Badəmə al şərab süzüm.

Səni görmək istəyirəm.
Arzum qəlbdə qalmasın kaş,
Axmasın gözlərimdən yaş.

Səni görmək istəyirəm.
Nirla açılsın səhərim,
Gözdən yox olsun qəhərim.

Səni görmək istəyirəm.
Qonaq gəlsin ilham pərim,
Görüşərik Allah kərim.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 11:10:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu