Sene şeir dedim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3818

ŞİİR


29

TAKİPÇİ

Sene şeir dedim

Sənə şeir dedim ayrılıqdan mən,
Xəyala dalıban susub oturdun.
Sənə şeir dedim ayrılıqdan mən,
Dərindən “ah” çəkdin,köksün ötürdün.

Ahın duman olub göyə yüksəldi,
Yer üzü bir anda silkələndi,bax.
Dərədən-təpədən.dağdan səs geldi,
Söyüdün saçları kilkələndi,bax.

Sənə şeir dedim ayrılıqdan mən,
Içim parçalandı,gözlərim doldu.
Sənə şeir dedim ayrılıqdan mən,
Kövrəlib titrəyən sözlərim soldu.

Gör necə hıçqırdı kədərli sözlər,
Hərə bir tərəfə üzünü tutdu.
Darıxma,bu şerin sonunu gözlə,
Deyən deyəcəyim bəndi unutdum.

Sənə şeir dedim ayrılıqdan mən,
Qəlbimə dammışdı.ayrılacağıq.
Daha görüş yeri olmaz göy çəmən,
Çətin ki həsrətdən sıyrılacayıq.

Sevinc Arzulu
Kayıt Tarihi : 14.07.2026 06:03:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!