Sən mənim ömrümün zülmət guşəsi,
Mən sənin ömrünün nurlu çağıydim.
Sən mənim ömrümün solmuş meşəsi,
Mən sənin ömrünün gur ocağıydım.
Bir bağrı qaralan al rəngli lalə,
Bir də tənha qalan dağıdılmış ev.
Bir baxın, dünyamız düşmüş nə halə,
Sonra da deyirlər bu dünyanı sev…
Soydum ayrılığın üz qabığını,
Altından qaralmış göynək göründü.
Vüsal tezcə tökdü qaş-qabağını,
Altundan saralmış köynək göründü.
Dumanlı dağların başı qar olar,
Orda zərrə-zərrə dəfn edilərəm.
Vüsala gedən yol uzun, dar olar,
Hicranın əliylə məhv edilərəm.
Səni istəyimin son ucundakı
Kiçicik düyməyə bənd etdim artıq.
Bilirsən, quş deyil ovucumdakı,
Mən acı həsrəti qənd etdim artıq.
Kayıt Tarihi : 6.1.2023 16:21:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!