Sen adlı nöqteni Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sen adlı nöqteni

Nə qədər girsən də mələk donuna,
Əlvan rəng qatsan da qara tonuna.
Gecikdin qərinə.Ömrün sonuna,
Sən adlı nöqtəni qoymuşam artıq.

Su basmış torpaqda him olduğunu,
Kamanda qırılmış sim olduğunu.
Əzizim, bilirlər kim olduğunu,
Görünməz maskanı soymuşam artıq.

Adın ürəyimə işıq saçmayır,
Dadın dil ucundan uzaq qaçmayır.
Xəyalən ruhun da məni qucmayır,
Acı xatirəndən doymuşam artıq.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.8.2021 09:13:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu