Torpaq altı çox qaranlıq,
Gül açmamış ümid yatır.
Ayaq saxla sən bir anlıq,
Burada bir şəhid yatır.
Bu bir nəslin şəcərəsi,
Olacaqdan qaçılmadı.
Taleyimin pəncərəsi,
Gündoğana açılmadı.
Şəhid oldum gənc yaşımda,
Neçə-neçə dostum kimi.
Şəklim vardır baş daşımda,
Boş qalmayan postum kimi.
Yarılıdı düşmənin bağrı,
Qurban getdi neçə min can.
Azad etdik Qarabağı,
Bütövləşsin Azərbaycan.
Bəmbəyaz rəngə bələyin,
Getdiyimiz yolları siz.
Baş daşıma həkk eləyin,
Aldığım medalları siz.
Yarım qaldı səadətim,
Tək qoydum sevdiyim yarı.
Ana, qızım əmanəti,
Onu xoşbəxt etsin Tanrı.
Baş çəkin daş məzarlığa,
Şəhidləri eyləyin yad.
Solmaz gülli-gülzarlığa,
Ruhlarımız olsun şən- şad.
Kayıt Tarihi : 14.7.2023 10:37:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!