Şehid xeberini vermeyin mene

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Şehid xeberini vermeyin mene

Bu ağır səhnənin önündə lalam,
Lalənin üzündə qaralmış xalam.
Uçulur içimdə, uçulur qalam,
Şəhid xəbərini verməyin mənə.

Bir anda solubdur üzüyün qaşı,
Necə də göynəyir könlümün başı.
Qurumaz olubdur gözümün yaşı,
Şəhid xəbərini verməyin mənə.

Ataya, anaya zülüm olubdur,
Ahu-zar duman tək tülüm olubdur.
Nə üçün sonları ölüm olubdur,
Şəhid xəbərini verməyin mənə.

Vətənçün savaşan igid əsgərim,
Ölümün şəklini ah, necə çəkim.
Hicranımn şahidi mən olum.Təki,
Şəhid xəbərini verməyin mənə.

Ağarar buir anda sarışın saçım,
Davaya-dərmana qalar əlacım.
Yenə baş qaldırar hər ağrım-acım,
Şəhid xəbərini verməyin mənə.

Sevinc Arzulu
Kayıt Tarihi : 26.10.2023 14:57:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!