Fələk nədən urcah etdi,
Bu dəli sevdaya məni.
Sakit axan bir arx idim,
Döndərdilər çaya məni.
Vəslin üzü ağ olaydı,
Kefi daim çağ olaydı.
Kaş ki anam sağ olaydı,
Doğaydı dünyaya məni.
Dibçəkdə al gül əksinlər,
Dibinə qan-yaş töksünlər.
Ağ-qırmızı de çəksinlər,
Çəkməsinlər saya məni.
Kayıt Tarihi : 20.6.2018 15:33:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/20/saya-meni.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!