Dostum, ürəyində salam ver mənə,
Sevinim, şadlanım, gülüm bir azca.
Görənlər ən yaxşı dost der mənə,
Çəkməm heç olmasa zülüm, bir azca.
Dostum, ürəyində salam ver mənə,
Qızılı-qırmızı naxışım olsun.
Dost-doğma yaxınım olsun şer mənə,
Dünyaya al-əlvan baxışım olsun.
Dostum, ürəyində salam ver mənə,
Bilim dost salamı,ah, necə olur.
Görünsün gözümə göy də yer mənə,
Yoxsa gündüzüm də lal gecə olur.
Kayıt Tarihi : 26.10.2023 14:44:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!