Əzəl gündən sən yurdum,olacağım,
Daim yanar ,sönməz odun-ocağın.
Mənimçün mehriban ata ğucağı,
Yolumu sinəndən salam,Şamaxı.
Salam,Şamaxı.
Babaların ruhu yatır bu yerdə,
Qəmi yatır,ahı yatır bu yerdə.
Şirvanşahlar şahı yatır bu yerdə,
Alınmaz möhtəşəm qalam, Şamaxı.
Salam, Şamaxı.
Qəlbimdə əbədi atamın yeri,
O da sənin övladlarından biri,
Dağlar arasında Şıx Eyyub piri.
Mən də bir təpəyəm,yalam Şamaxı,
Salam,Şamaxı.
Nə ayın batmasın,nə də günəşin,
Veribdir görüşə və`də günəşin.
Meşələr içində Dədə Günəşin,
İstərəm qoynunda qalam,Şamaxı.
Salam,Şamaxı.
Bir zamanlar oxunardı fərmanın,
Əllərdə gəzərdi otun,dərmanın.
İndi daha azalıbdır ormanın,
Meşələr qoynunda talam,Şamaxı.
Salam,Şamaxı.
Səsin,ünün olum, sədan olum mən,
Dolanım başına fədan olum mən.
Üz sürtüb torpağa qadan alım mən,
Vətən sevgisinə lalam,Şamaxı.
Salam.Şamaxı.
Burda Sabirimin nəfəsi vardır,
Nəsimi,Səhhətin gur səsi vardır.
Sevincin də şerə həvəsi vardır,
Qoynunda xəyala dalam,Şamaxı.
Salam,Şamaxı.
Kayıt Tarihi : 13.6.2018 07:03:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!