Salam, ana Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Salam, ana

SALAM, ANA.

Dünyanın qəm düzündə,
Gecəbəgündüzündə.
Al lalənin üzündə,
Qapqara xalam, Ana.
Salam, Ana.

Layla oxuyanım yox,
Xalı toxuyanım yox,
Daha qoruyanım yox,
Dağılıb qalam, Ana.
Salam, Ana.

Indi sənə həsrətəm,
Özüm boyda möhnətəm.
Nə deyim bu zillətə,
Susuram, lalam Ana.
Salam, Ana.
16.5.2013

Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 17:31:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu