Sağalmayan yara Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3818

ŞİİR


29

TAKİPÇİ

Sağalmayan yara

İndi necə söylə, baxsın,
Ala gözüm gözünə.
Alovlu ildırım çaxsın,
Öləziyən közünə.

Bəlkə onda sən yenidən,
Od tutuban yanarsan.
Köks ötürüb lap dərindən,
Ötənləri anarsan.

Duyğularım qatar-qatar,
Uçur durnalar kimi.
Sözlərin üşüdür məni,
Soyuq havalar kimi.

Təbəssümün bəxş etmişdi,
Səadətin rəngini.
Bircə sözün dəyişdirdi,
Könlümün ahəngimni.

Xəyallarım məst olubdur,
Sanki sakit gilavar.
Ürəyimdə həsrətinin
Sağalmayan yeri var.

Sevinc Arzulu
Kayıt Tarihi : 14.07.2026 06:06:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!