Xəyal tək hər yerə səpələnmişəm,
Torpaq tək bərkiyib təpələnmişəm.
Yenə də coşuban ləpələnmişəm,
Gölüm, sabahın xeyir.
Deyirlər, gülənin vardır min dərdi,
Üstün gəl həmişə, çulla min dərdi.
Özümü yandırar içimin dərdi,
Çölüm, sabahın xeyir.
Tale ağacını Tanrı göndərib,
Neynəsin, əllərim barı göy dərib.
Ay aman, dodağım yaman göyərib,
Ölüm, sabahın xeyir.
27.02.2013.
Kayıt Tarihi : 9.6.2018 17:36:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!